Havaların kəskin dəyişməsi orqanizmə necə təsir edir? — AÇIQLAMA

SOSİAL 17 mart 2025, 16:40
“Bu təkcə havaların isinməsi deyil, fəsil dəyişməsidir. Fəsil dəyişdiyi zaman insanlarda bioritmlər dəyişir, orqanizmdə təlatümlərlə müşahidə olunur. Bu dövrə el arasında "qan duruldan" dövr deyilir. Həqiqətən orqanizmdə ciddi dəyişikliklər baş verir. Orqanizmin aktivliyi artır, sanki oyanma baş verir”.

Bu sözləri Demokrat.az-a açıqlamasında tanınmış həkim, professor Adil Qeybulla deyib.

O bildirib ki, belə havalarda geyim formasının düzgün seçilməsi şərtdir:

 “Qışın sonuna yaxın çox adamda vitamin D azlığından asılı olaraq yorğunluq, halsızlıq, yuxuya meyillilik halları müşahidə olunur. Bəzi hallarda nevroz, allergik reaksiyalar artır, mədə-bağırsaq xəstəlikləri meydana çıxır. Mədə və 12 barmaq bağırsağın xorasının kəskinləşməsi halları müşahidə edilir. Bu dövrdə xroniki xəstəliyi olanlar həkimləri ilə məsləhətləşməlidirlər ki, orqanizmin adaptasiyası normal getsin”.

Əfsanə Kamal
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top