“Ətrafımızda baş verən böhranlardan regionumuzun qorunması vacib məsələdir. Təəssüflər ki, onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olub. Hazırda nisbətən sakit dövrdəyik və biz diqqətimizi buna yönəltməliyik”.
Bu sözləri Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində deyib.
“Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq və Sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmalıyıq”, - dövlət başçısı əlavə edib.
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirib ki, İkinci Qarabağ müharibəsi və birgə terror əməliyyatından sonra Cənubi Qafqazda yeni reallıq yaranıb:
“Bu yeni reallığın müəllifi rəsmi Bakıdır və bu yeni oyun qaydaları Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasına şərait yaradır. Azərbaycan qalib tərəf olmasına baxmayaraq, humanist addımlar ataraq, Ermənistana sülh təklif edir.Azərbaycanın konkret məntiqli və ədalətli şərtləri var ki, bu şərtlər əslində münaqişə səhifəsini bir dəfəlik qapamağa və Cənubi Qafqazda sülh və sabitliyin əbədi təmin olunmasına yönəlib. Rəsmi Bakının mövqeyi bundan ibarətdir ki, bizə sadəcə olaraq bir kağız parçasına qol çəkmək lazım deyil. Ermənistan isə təəssüf ki, ritual şəklində sülh imzalamağa çalışır və bununla öz üzərindəki təzyiqlərin aradan qalxacağına ümid edir”.
K.Novruzov onu da bildirib ki, biz Ermənistanın xüsusiyyətlərini nəzərə alaraq, tələsik imzalanan bir sülhün 5 ildən, 10 ildən sonra Ermənistandakı yeni revanşist qüvvələrin hər hansı bir qisas adı altında yenidən müharibə başlatmalarına yol aça biləcəyini hiss edirik və bunu istəmirik:
“Bu baxımdan, təbii olar ki, Ermənistanın Konstitusiyasına dəyişiklik edilməli və Azərbaycanın ərazi iddiaları barədə fikirlərindən əl çəkməsi tələb olunmalıdır.Eyni zamanda, 10 noyabr sazişinin şərtlərinin yerinə yetirilməsi, o cümlədən Zəngəzur dəhlizinin açılması vacibdir. Azərbaycanın qarşı hərbi-siyasi təxribatların dayandırılmasını tələb edirik və həmçinin Ermənistandakı iki cinayətkarın, keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın Azərbaycana verilməsini tələb edirik. Bunlardan sonra sülh sazişi imzalana bilər.Bu gün Azərbaycan öz ərazi bütövlüyünü təmin edib və sülhə doğru irəliləmək istəyir, ancaq buna baxmayaraq, Ermənistanda Rusiya ilə Qərb arasında siyasi mübarizə davam edir və gələcəkdə bu mübarizə daha da kəskinləşə bilər. Ermənistana yeni təhlükəsizlik reallıqları qəbul edilməli və Azərbaycan və Türkiyə ilə münasibətlərdən keçirilməlidir. Ermənistan real vəziyyəti anlamalı və özünü dünyaya sülh görərçini kimi təqdim etmək əvəzinə, real və praqmatik addımlar atmalıdır”.
Leyla Turan
Demokrat.az