Xızının prokuroru yol qəzasına düşüb, xəstəxanaya yerləşdirilib, araşdırma aparılır — YENİLƏNİB

HADİSƏ 17 mart 2025, 12:10
Xızının prokuroru yol qəzasına düşməsi ilə bağlı araşdırma aparılır. 

Demokrat.az  xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Qeyd olunub ki, bu gün səhər saat 09 radələrində Xızı rayonu ərazisində “Niva” və “Toyota Camry” markalı avtomobillərin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib. 

Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, o cümlədən “Toyota Camry” markalı avtomobilin içərisində sərnişin qismində olmuş Xızı rayon prokuroru Xəyalə Aslanova müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.

***11.55

Xızı rayonunun prokuroru Aslanova Xəyalə Əlyəsə qızı yol qəzasına düşüb.

"Report"un yerli bürosu xəbər verir ki, "Toyota” markalı maşın “Niva” markalı avtomobillə toqquşub.

"Toyota"da olan Aslanova Xəyalə qəza nəticəsində xəsarət alıb.

X.Aslanova və digər zərərçəkənlər Sumqayıt Şəhər Xəstəxanasına yerləşdirilib.

Hazırda onun vəziyyəti qənaətbəxş hesab olunur, müalicəsi davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top