Gəncədə zavodda partlayış, xəsarət alan var

HADİSƏ 17 mart 2025, 10:31
Gəncə Cihazqayırma Zavodunda partlayış baş verib.

Demokrat.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, zavodun əməkdaşı Əli Xudiyev hamam otağında olarkən su qızdırıcısı partlayıb.

Məsələ ilə bağlı Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirilib ki, 1968-ci il təvəllüdlü şəxs bədənin l, ll, lll dərəcəli yanığı diaqnozu ilə Abbas Səhhət adına Xəstəxanaya hospitalizasiya olunub.

Zəruri tibbi yardım göstərilən şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top