Metronun "Koroğlu" stansiyasında nə baş verib?

GÜNDƏM 17 mart 2025, 10:08
Bu gün səhər saatlarında metronun "Koroğlu" stansiyasının giriş hissəsində sıxlıq yaranıb.

Demokrat.az Oxu.Az-a istinadən xəbər verir ki, bir çox sərnişinə stansiyaya girməyə icazə verilməyib.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, metronun "Koroğlu" stansiyasında infrastrukturla bağlı texniki xarakterli problem yoxdur.

"Sərnişin sıxlığı müşahidə olunub. Sərnişinlərin təhlükəsiz hərəkəti məqsədilə metropolitenin əlavə nəzarət mexanizmləri var. Ümumən metropolitenin bütün infrastrukturu, o cümlədən qatarlar saz vəziyyətdədir".








 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top