Nağdəli Xəlilov vəfat etdi — FOTO

MƏDƏNİYYƏT 17 mart 2025, 08:23
Rəssam Nağdəli Xəlilov vəfat edib.

Demokrat.az xəbər verir ki, bu barədə “Xəzər” Muzey Mərkəzinin təsisçisi Səyavuş Əlizadə sosial şəbəkədə məlumat verib. 

Qeyd edək ki, Nağdəli Xəlil oğlu Xəlilov 1 iyun 1946-cı ildə Qəmərli rayonunda anadan olmuşdur. O, 1972-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1980-ci ildə Tbilisi Dövlət Rəssamlıq Akademiyasını bitirib

Nağdəli Xəlilov 1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssamın üç fərdi sərgisi keçirilmişdir. 1988-ci ildən etibarən ümumittifaq, beynəlxalq və respublika sərgilərinin fəal iştirakçısıdır. Onun əsərləri Türkiyə, Gürcüstan, Almaniya, Amerika, Çexoslovakiya, Ərəb ölkələri və Azərbaycanda nümayiş olunub. 



 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 mart 2025, 13:47
Top