Ramazanda sağlam qidalanın

GÜNDƏM 16 mart 2025, 18:50

Sosial həyatımızda bəzi dəyişikliklərin baş verdiyi Ramazan ayında qidalanmamızda da böyük dəyişikliklər olur. Dəyişən yemək vaxtları ilə yanaşı, ümumiyyətlə yediyimiz yemək növləri də fərqlidir.

Axşam.az xəbər verir ki, Ramazan süfrələrimizi sağlam qidalarla bol etsək, səhhətimizdə də heç bir problem yaranmaz. 

İftarda zeytun, pendir, mürəbbə kimi müxtəlif yeməklərlə orucu açmaq daha yaxşıdır. Daha sonra şorba, ət yeməyi, düyü, xəmir, desert və ya meyvə ilə yeməyi bitirmək olar. Daha çox tərəvəzlərdən istifadə edin. Çalışın yeməklərinizin yanında tər göyərti yeyəsiniz. Yaşıllıqlardan ibarət salat da hazırlamaq olar. İftardan sonra yatana qədər 4-5 stəkan su için. 

Sahura gəlincə, axşamdan qalan yeməkləri yemək məsləhət deyil. Çalışın səhər duzlu pendirdən az istifadə edin. Süzmə, qaymaq, duzsuz pendir yeyə bilərsiniz. Bal və yağ sahur zamanı əla seçimlərdəndir. Ağ çörəyi qara kəpəkli çörəklə əvəzləyin. Bu, gün boyunca acmağınızın qarşısını alacaq. İmsaka oyananda ilk işiniz 1 fincan su içmək olsun. Daha sonra süfrə hazırlamağa başlayın. Yeməyi bitirdikdən sonra da bacardığınız qədər su için. Əgər yeyə bilsəniz sahurda bir az qoz, badam kimi çərəzlərdən istifadə edin. Sizi gün boyunca sağlam saxlaya biləcəq təzə qidalardan istifadə edin. Hazır qidalar aclıq hissi yaradır.

Balansı qidalanma yolu ilə Ramazan ayını sağlam keçirdə bilərsiniz. Yanlış qidalanma mədə və bağırsaq xəstəliklərinə səbəb ola bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top