"Qardaşım mənə əzab verdi"

ŞOU-BİZNES 14 mart 2025, 22:23
"Qardaşım toya getməyə qoymurdu. Atam qalırdı uşaqlar arasında. Qardaşım deyirdi, ola bilməz, o, səhnəyə, toya çıxa bilməz. Atam məcbur məni qardaşımdan uzaqlaşdırdı. Məni ərə verdi. Dedi onun artıq həyat yoldaşı var, o, qərar verəcək".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva "Həftənin qonağı" verilişində deyib. Qardaşı Ağalar Dostəliyevdən danışan müğənni onunla yaşadığı problemdən söz açıb. 

O, aparıcı Ülvira Qarayevanın "Qardaşınızı bağışlamısınız" sualına belə cavab verib:

"Qardaşım deyirdi "meymun" olacaqsan? İndi atamın ruhu şad olsun deyə bağışladım. Qardaşımda bağışlanmayacaq şeylər var idi. Amma atamın yadigarı idi. Bir dəfə efirə çıxmağıma görə evimizdə dəhşət yaşandı. Qardaşım gəlib yoldaşıma dedi ki, bu nədi? Efir olar? Məni universitetə getməyə qoymadı. Həyat yoldaşım dedi ki, mənim ailəmdə sözüm keçmir? Mən istəyirəm xanımım universitet oxusun". 

Qeyd edək ki, Nazpərinin Ağaəli adlı daha bir qardaşı var. 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top