XII Qlobal Forum çərçivəsində keçirilən “Geosiyasi Dəyişmələr: Məsuliyyətli Tərəfdaşlıq Rəqabətə qarşı” mövzusunda paneldə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, Aİ-nin Cənubi Qafqazda siyasəti bir ölkə ilə yekunlaşmamalıdır.
Prezidentin köməkçisi bildirib ki, Aİ-nin Ermənistanı silahlandırması, onu regional müstəvidən qoparmağa çalışdığını görürlər: “Amma biz çalışacağıq ki, Aİ-nin siyasəti regional səviyyədə olsun”.
Prezidentin köməkçisi onu da bildirib ki, postsovet məkanında yeni reallıq göz qarşısındadır: “Azərbaycan yeni reallıqların etibarlı tərəfdaşıdır".
Bununla bağlı siyasi şərhçi Asif Nərimanlı Demokrat.az-a açıqlama verib.
“Hikmət Hacıyevin verdiyi açıqlamanı Avropa İttifaqının Cənubi Qafqazla bağlı yanlış siyasətinin ifşası adlandırmaq olar. Çünki Avropa İttifaqı regional müstəvidə siyasət aparmır. Yəni Cənubi Qafqazın üç ölkəsindən- Gürcüstan, Azərbaycandan, Ermənistan konteksti üzərindən siyasət aparmır. Xüsusən 2022-ci ildən sonra bir ölkə, Ermənistan üzərindən siyasət aparırlar. Bu təbii ki balansın pozulmasına gətirib çıxarır. Bu da digər ölkələrə müqayisədə balansı pozur. Digər tərəfdən Ermənistanın sülh kontekstindən yayılmasını gətirib çıxarır. Avropa İttifaqının Ermənistanda dəstək verməsi onu sülhdən yayındırır. Eyni zamanda da bu, Avropa İttifaqının maraqlarına ziddir. Çünki Avropa İttifaqının üzv ölkələrinin bir çoxunun enerji təhlükəsizliyində Azərbaycan ciddi şəkildə rol oynuyur”.
Leyla Turan
Demokrat.az