"RABİTƏBANK" ASC AÇIQ TENDER ELAN EDİR

GÜNDƏM 12 mart 2025, 18:40
Tenderin adı: Radio kanallarda reklam yayımı

Tenderin elan tarixi: 12.03.2025

Tenderin son tarixi: 19.03.2025, saat 13:00.
 
Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:

* Xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi referanslar (referanslar və tövsiyyə məktubları zərfə əlavə olunsun)

* Tələblərə uyğun olan ən aşağı qiymətin verilməsi (Qiymət vergi daxil göstərilməlidir, ƏDV və ya sadələşdirilmiş vergi olmasından asılı olmayaraq)
 
Tenderdə iştirak etmək üçün tələb olunan sənədlər:

* Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli

* Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
 
➢ Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş  halda qapalı zərfdə yuxarıda qeyd edilən müddətədək (Bakı şəh., AZ 1010, 28 May küç. 33) ünvanına  göndərilməlidir.
 
➢ Tenderin texniki şərtləri, hal-hazırkı şəkilləri, materiallar haqqında məlumatı linkə https://rbt.az/rd-tndr keçid edərək əldə edə bilərsiniz. Əlavə suallarınız yaranarsa, vasif.mammadov@rabitabank.com və http://tender@rabitabank.com elektron poçt ünvanlarına yaza və ya +99451 271-48-48 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top