USAID Ukraynanın enerji sektoruna 75 milyon dollarlıq dəstək paketini ləğv edib

DÜNYA 12 mart 2025, 20:10
ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ukraynanın Energetika Sahəsinə Dəstək Fondu ilə dəyəri 75 milyon dollar olan müqaviləni ləğv edib.

APA xəbər verir ki, bu barədə ABŞ-nin “Energy Community” təşkilatının internet saytında məlumat dərc edilib.

Bildirilib ki, rəsmi Kiyevə bu barədə bildiriş hələ fevralın 27-də göndərilib.

Ayrılacaq vəsaitin hesabına energetika sahəsində dayanıqlılığı təmin edəcək avadanlıqların alınması nəzərdə tutulurdu.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top