Trampın gəlini Lara Tramp hesab edir ki, amerikalılar İlon Maskın və ABŞ prezidentinin “ayağını öpməlidirlər”.
Demokrat.az xəbər verir ki, bu barədə “The Hill” nəşri yazıb.
“Fox News”un aparıcısı və Respublikaçıların Milli Komitəsinin keçmiş həmsədri olan Lara Tramp deyib ki, amerikalılar milyarder İlon Maskın federal hökumət xərclərini azaltmaq üçün Donald Trampın adından gördüyü işə görə minnətdar olmalıdırlar.
O əlavə edib ki, Maskın islahatlarından məyus olan demokratlar ona hücum edib nəyin bahasına olursa-olsun məhv etməyə çalışır, yəni ona hücuma keçir, ona nasist deyir, biznesini təqib edirlər.
“Bu oğlan gördüyü işlərə görə pul itirir, lakin bu məqamın vacibliyini anlayır. Biz pulları sonsuzadək <a href="https://savashmedia.az/trampin-gelininden-endazeni-asan-cagiris-qayinatamla-maskin-ayaqlarini-opmelisiniz" target="_blank">indiki</a> kimi xərcləməyə davam edə bilmərik. Biz ölkə olaraq ayaqda qala bilmərik. Ona görə də insanlar məhz bunu etdiklərinə görə İlon Maskın və Donald Trampın ayaqlarından öpməlidirlər”, - deyə Lara Tramp əlavə edib.
Qeyd edək ki, Lara Tramp prezidentin oğlu Erik Trampın arvadıdır. (savashmedia.az)