Mənsum İbrahimov aparıcılara səsləndi

ŞOU-BİZNES 12 mart 2025, 18:10

"Muğam oxuyanlar qəhrəmandır. Çünki muğam sənətində maddi gəlir yoxdur. Onlar buna dözüb qalırlarsa, fədakar insanlardır".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Mənsum İbrahimov "Söhbət var" verilişində deyib. Xanəndə aparıcılara səslənib:

"Bu gün bir axın var. Bayağı musiqilər kanallarda ayaq açıb yeriyir. Sosial şəbəkə çıxandan sonra daha da yayıldı. Sosial şəbəkədə, toyxanada kim nə istəyir oxusun. Heç kimin yaradıcılığına, ifasına qarışmıram. Amma efirə gələndə keyfiyyətli musiqi oxusun. Aparıcıların tələbi olsun ki, bəstəkar mahnısı, keyfiyyətli musiqi oxu. Başa düşürəm, özəl kanaldır, komersiya məsələsi var. Toya gedirsən dolanmağa. Gəlib kimsə onu məcbur edir, keyfiyyətsiz musiqi oxuyur. Toyda içki olur, kimsə istəyir. Amma efirdə yox".

M.İbrahimov bildirib ki, yalnız elit toylara gedirəm:

"Biz də toya gedirik, amma az. Sənətimizə hörmət olan yerə. Elit toylara gedirik, açılışında 20 dəqiqə çıxış edirik. Sırf öz mahnılarımızı oxuyuruq. Hətta toyu olan gənclər siyahı yazır ki, bunu oxuyun. Gözəl mahnılar istəyirlər, ona da oynayırlar".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top