"Diqqət əksikliyi, hiperaktiv pozuntusu olan uşaqlar daim hərəkətdə olur, dinamik həyat tərzi keçirirlər. İstər qonaq gedəndə, istər evdə davranışlarında qeyri-ixtiyari olaraq hərəkətlər etməyə başlayırlar. Bu zaman valideynlər onları həmin davranışları ilə tənqid etməli yox, yardımcı olmalıdırlar".
Bu sözləri Demokrat.az-a açıqlamasında psixoloq Fidan Nəzirova deyib.
Psixoloq bildirib ki, nənə, baba olan ailələrdə ötürülən davranışlara görə uşaqlar düşünür ki, kimsə onları daim müdafiə edir:
"Belə olan ailələr bəzən uşaqların davranışlarına mənfi təsir göstərir. Çünki özlərini müdafiə olunmuş hiss etdikdə, uşaqlarda artıq neqativ davranışlar formalaşmağa başlayır.Yalan faktoru da davranış pozuntusuna daxildir və özünü müdafiə mexanizmidir".
Onun sözlərinə görə uşaq gün ərzində 3-4 yalan danışırsa, bu artıq davranış pozuntusudur və ciddi problemlər yarada bilər:
"Hətta deyərdim ki, kriptomaniya faktorunun kökündə də elə yalan faktoru dayanır.Uşaq ailədə böyüyür, hər bir şeyin kökündə genetikamız dayanır. Elə şeylər var ki, ata genindən, elə şeylər var ki, ana genindən götürülür. Yəni, bu təbiidir. Uşaq formalaşdıqca, ailə içində gözünü açıb ata-ananı görür. Bəzən ya atadan, ya anadan qorxu hissi keçirən uşaqlar olur ki, yalan danışmağa başlayırlar. Uşağın davranışında da, atdığı addımlarda da, tərbiyəsində də ailənin rolu böyükdür. Sosial mühit də önəmlidir. Ola bilər ki, atada da, anada da hər şey qaydasındadır. Amma sosiallaşdıqca bağçada, məktəbdə görür və özünü müdafiə üçün yalan danışmağa başlayır".
Əfsanə Kamal
Demokrat.az