Suriya keçid hökuməti və YPG terror qruplaşmasının başçılıq etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) arasında razılaşma imzalanıb. Razılaşmaya əsasən, YPG dövlət qurumlarında təmsil olunacaq.
Məlumata görə, sərhəd-keçid məntəqələri, hava limanları, neft və qaz sahələri və digər bütün təsisatlar dövlətin nəzarətinə verilir. 8 maddəlik razılaşmaya görə, YPG Əsəd rejiminin qalıntıları ilə mübarizədə keçid hökumətinə dəstək verəcək.
Suriya keçid hökuməti ilə YPG arasında imzalanan razılaşma bölgədə hansı geopolitik dəyişikliklərə səbəb ola bilər?
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Demokrat.az-a açıqlamasında bildirib ki, YPG və Suriya keçid hökuməti arasında əldə olunan razılaşma şübhəsiz ki, Suriyada milli barışığa nail olmaq yolunda ən böyük addımlardan biridir:
“Çünki YPG əsasən neft mədənləri yerləşən bölgələri öz nəzarətində saxlayırdı. Bu razılaşma Suriya keçid hökumətinə imkan verəcək ki, neft mədənlərini daha effektiv şəkildə istismar etsin və bunun nəticəsində hökumətin maliyyə imkanları xeyli genişlənsin. Başqa sözlə, artıq neft mədənləri, hava limanları və strateji obyektlər hökumətin nəzarətinə keçmiş olacaq.
Bu razılaşma həmçinin Əhməd Tume hökumətinin Suriyanın bütün ərazisində öz hakimiyyətini bərpa etməsinə və güclənməsinə mühüm töhfə verəcək. Razılaşmaya əsasən, Suriya Konstitusiyasında kürdlərə mədəni muxtariyyətin verilməsi nəzərdə tutulur. Yəni, onlar öz ana dillərində qəzet nəşr edə, təhsil ala, televiziya kanalları aça və mədəni fəaliyyətlərini həyata keçirə biləcəklər. Bundan əlavə, bəzi hüquqi təminatlar da razılaşmada yer alıb”.
Politoloq onu da qeyd edib ki, neft və qaz ehtiyatları ilə zəngin olan bu bölgənin gəlirlərinin bir hissəsinin yerli iqtisadi inkişafa yönləndirilməsi planlaşdırılır:
“Bu isə həm YPG-yə siyasi təşkilat kimi fəaliyyət göstərmək imkanı verəcək, həm də onun üzvlərinin dövlət idarəçiliyində təmsil olunmasına şərait yaradacaq. Razılaşma çərçivəsində YPG qüvvələri polis və ordu sıralarına daxil olacaq ki, bu da ölkənin güclənməsinə səbəb ola bilər. Geopolitik aspektdən baxsaq, bu məsələdə Türkiyənin böyük və əvəzsiz rolu var. YPG-nin bu formada sıradan çıxarılması Türkiyənin maraqlarına uyğun bir addımdır. Bununla yanaşı, ABŞ və İsrail uzun müddət YPG-ni ciddi şəkildə dəstəkləyirdi, lakin bu razılaşma onların planlarına ağır zərbə vurmuş oldu.
Ümumilikdə götürdükdə, bu razılaşma Suriyada milli barışığın əldə olunması yolunda mühüm bir mərhələ olmaqla yanaşı, Türkiyənin regional siyasətində də yeni üstünlüklər qazandığının göstəricisidir”.
Leyla Turan
Demokrat.az