"Bu il ərzində xarici ölkə vətəndaşları ilə nikahlar həm kişilər, həm qadınlar arasında artıb. 2023-cü ildə də bu artım dinamikası müşahidə edilmişdir və bu il də həmin dinamikada müəyyən bir irəliləyiş, yüksəliş var".
Bunu Demokrat.az-a açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib.
"Təbii ki, insanların miqrasiya etmələri, xüsusən ölkəmizdə turizm imkanlarının genişlənməsi, ölkəmizdən kənara gedən, ölkəmizə gələn turistlərin artması, xarici ölkələrdə təhsil almaq üçün gedən tələbələrin artması, ölkəmizə xaricdən gələn tələbələrin sayının statistikasının artması və s. kimi amillər son illər ölkəmizdə nikahların artmasına öz təsirini göstərir.
Xüsusən sosial medianın burada da təsirləri genişdir və ölkəmizdə internet onlayn vasitə ilə də insanların tanışlıqları ilə nikahla nəticələnən hallar mövcuddur.
Bütünlükdə, bu nikahların olması bütün dünyada mümkün bir haldır. Bütün hallarda qanunvericiliyin tələblərinin gözlənilməsi çox vacib amillərdəndir. İstər yaş həddi ilə bağlı, istər nikaha girərkən xarici vətəndaşın həmin ölkənin qanunlarından nikahda olub olmaması ilə bağlı arayışın olması məsələsidir, istərsə də, vətəndaşın ailə qurarkən onun boşanmış və ya dul olmaması ilə bağlı arayışın verilməsi məsələsidir ki, hamısı qarşılıqlı surətdə tənzimlənməlidir.
Xarici ölkədən olan vətəndaşın yetkinlik yaşına çatmadığı halda ailə qurmağa getməsi məsələsi də müəyyən hallarda olur. Amma bu zaman da həmin ölkənin İcra Hakimiyyəti qurumlarının razılıq məktubunun olması vacib şərtlərdəndir".
Əfsanə Kamal
Demokrat.az