Bu halda Tramp Ukraynanı dəstəkləyəcək — AÇIQLAMA

GÜNDƏM 12 mart 2025, 16:51
Səudiyyə Ərəbistanın Ciddə şəhərində Ukrayna tərəfinin də iştirak etdiyi mühüm görüş keçirilib. Görüş ABŞ və Ukrayna arasında baş tutacaq və müharibənin gələcək gedişatına təsir edə biləcək məsələlər müzakirə edilib. 

Səudiyyə Ərəbistandakı görüş nə vəd edir?

Bununla bağlı politoloq Məhəmməd Əsədullazadə Demokrat.az-a açıqlamasında bildirib ki, Ciddə şəhərində keçirilən ABŞ-Ukrayna görüşü müsbət həll edildi:

“Zelenskinin Səudiyyə Ərəbistana səfərində də aydın olurdu ki, bu görüşdən müsbət nəticələr gözləmək olar. Artıq Ukrayna və ABŞ çox məsələlərdə razılaşıb, xüsusilə Ukrayna ABŞ-nın təkliflərini qəbul etdi. Hərbi və kəşfiyyat yardımları da bərp olunub. Hətta Tramp Zelenskini Ağ Evə dəvət edəcəyini vurğulayıb. 

Düşünürəm ki, bu çox müsbət bir gedişatdır. Hazırda  top Rusiyadadır. Rusiya tərəfinin 30 günlük atəşkəslə razılaşması da polemikadır. Əgər razılaşmasa Donald Tramp Ukraynaya intensiv şəkildə hərbi yardımları verəcək və Ukraynanı dəstəkləyəcək. Bu siyasi gedişatda çox ciddi dəyişikliklərə səbəb olacaq. 

Trampın Rusiya və Putinə pərəstiş etdiyini görmüşük. Əgər Putin atəşkəsə razılaşmasa digər ağır şərtlər ilə sürsə və Trampı pis vəziyyətə qoymuş olacaq. Düşünürəm ki, Putin atəşkəs üçün ağır şərtlər irəli sürəcək. Ola bilər ki, müəyyən mütəddətli atəşkəs əldə edilə bilər. Amma bu, münaqişə həlli və sülhə gedəcək yox deyil. Çünki Rusiyanın daha radikal mövqeyi var”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top