Küçədə itləri ağızlıqsız gəzdirənləri hansı cəzalar gözləyir?

SOSİAL 12 mart 2025, 15:45
Son zamanlar paytaxtda itlərin ağızlıqsız və sahibsiz halda gəzdiyi hallar artmaqdadır. Bu isə həm insanların təhlükəsizliyi, həm də ictimai asayiş baxımından ciddi narahatlıqlar yaradır. Xüsusilə, iri cüssəli və aqressiv cinslərə aid olan itlərin ağızlıqsız gəzdirilməsi bəzi hallarda qəza və hücum hadisələrinə səbəb olur. 

İtlərin ağızlıqsız gəzdirilməsi ilə bağlı mövcud qanunvericilik hansı tələbləri müəyyən edir?

Mövzu ilə bağlı hüquqşünas Şamil Paşayev Demokrat.az-a açıqlamasında bildirib ki, itlərin cilovsuz, iri itlərin isə buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə inzibati xətalar məcəlləsində cərimə nəzərdə tutulub:

“Buna görə şəxslər 200 manat (200 AZN) məbləğində cərimə edilir. Əgər bu xətalar bir il ərzində yenidən təkrarlanarsa, onda şəxslər 300 manat (300 AZN) məbləğində cərimə edilir.

Diqqət yetirilməli hall odur ki, itlərin cilovsuz, iri itlərin isə burundaqsız gəzdirilməsi nəticəsində şəxslərə yüngül bədən xəsarəti və ya maddi zərər vurularsa, heyvanın sahibi olan şəxs 800 manatdan 1000 manatadək məbləğdə cərimə edilə bilər. 

Hətta, xəsarət dərəcəsi daha ağır olarsa, cinayət məsuliyyəti də istisna edilmir. Bundan başqa, zərərçəkmiş ona dəymiş maddi zərəri iti qaydalara əməl etmədən gəzdirən şəxsdən tələb etmək hüququna malikdir”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top