Tərtərdə ağır qəza, 24 yaşlı gənc həlak oldu

HADİSƏ 12 mart 2025, 09:50
Ötən gün Tərtərdə “VAZ 2107” və “VAZ 21011” markalı minik avtomobillərinin toqquşması ilə nəticələnən ağır qəza baş verib.

Demokrat.az xəbər verir ki, hadisə saat 21 radələrində Nizami küçəsində qeydə alınıb.

30 yaşlı Cəsarət Abışovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil 22 yaşlı Emil Ağayevin idarə etdiyi “VAZ 21011” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ 2107”nin sərnişini 24 yaşlı İsbəndiyarov Yaqub Raqub oğlu aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb. Digər avtomobilin sürücüsü və sərnişin 22 yaşlı Ümid Xıdırov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top