Politoloq: "Azərbaycan Qazaxıstan üçün dünyaya açılan pəncərə rolunu oynayır"

XARİCİ SİYASƏT 12 mart 2025, 15:39
"Qazaxıstan Azərbaycanın ən önəmli strateji tərəfdaşlarından biridir. İki ölkə arasında ikitərəfli və bərabər hüquqlu yüksək münasibətlər mövcuddur. Hər iki türk dövlətinin iqtisadi potensialı geniş perspektivlər açır. Eyni zamanda iki ölkə Türk Dövlətləri Təşkilatı (TDT) daxilində də strateji tərəfdaşlıq münasibətlərinə malikdirlər".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib. 

Ekspert bildirib ki, iki dövlət Türkiyə ilə yanaşı, TDT-nın qlobal məkanda siyasi iradə mərkəzinə çevrilməsi cəhdləri edirlər:

"TDT yaxın gələcəkdə qlobal məkanın əsas siyasi iradə mərkəzlərindən birinə çevrilə bilər. Çünki təşkilata daxil olan dövlətlərinin iqtisadi resursları, xüsusilə enerji resursları geniş imkanlar açır. 

Qazaxıstan bütün imkanlarını dünyaya açıqlmaq istiqamətində yönəldib. Rusiyanın təsir dairəsindən tədricən xilas olaraq, beynəlxalq məkanda öz yerini tutmaq üçün cəhdlər göstərir. 

Qazaxıstan iqtisadi, ticari istiqamətdə yeni pəncərələrə ehtiyacı olduğunu qətiyyən gizlətmir. Bu baxımdan Azərbaycanın Qazaxıstan üçün önəmi yüksəkdir. Çünki Qazaxıstan enerji resurslarını Azərbaycan üzərindən Avropa bazarına çıxarmaq imkanına malikdir. 

Azərbaycan Qazaxıstan üçün dünyaya açılan pəncərə rolunu oynayır. İki dövlətin qarşılıqlı münasibətlərində bu faktlar önəmli yer alır. Azərbaycanla Qazaxıstan münasibətləri bütövlükdə türk dünyasının gələcəyi üçün önəm daşıyır".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top