
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində ABŞ dövlət katibi Marko Rubionun ev sahibliyi etdiyi Trans-Atlantik şam yeməyində iştirak edib.
Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin X hesabında paylaşım edilib
“Azərbaycanın bu mühüm tədbirdə iştirakı onun əməkdaşlığın gücləndirilməsində, möhkəmlənməsində etibarlı tərəfdaş kimi sadiqliyini və tanınmasını əks etdirir...”, - XİN-dən bildirilib.
Qeyd edək ki, tədbirdə Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan da iştirak edib.


