İmişlidə toyda zəhərlənənlərin sayı 59 nəfərə çatıb.
Demokrat.az xəbər verir ki, zəhərlənmə ilə bağlı daha dörd nəfər xəstəxanaya müraciət edib.
TƏBİB-dən bildirilib ki, sentyabrın 24-də zəhərlənmə şübhəsi ilə 59 nəfər (5-i uşaq olmaqla 25-i kişi, 4-ü uşaq olmaqla 34-ü qadın) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən 4 nəfər iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib.
Vəziyyətləri stabil qiymətləndirilən digər şəxslərin müalicələri müvafiq şöbələrdə davam etdirilir.
Sentyabrın 23-də İmişli rayonunun Muradxanlı kəndi ərazisində baş verən hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.