Vəzifəli şəxsin qardaşını öz oğlu güllələyibmiş — Təfərrüat

KRİMİNAL 07 mart 2025, 11:14
Biləsuvar rayonunda ölümlə nəticələnən bədbəxt hadisənin təfərrüatı məlum olub.

Demokrat.az
“Qafqazinfo”ya istinadən  xəbər verir ki, martın 6-sı saat 21 radələrində 1995-ci il təvəllüdlü Eyvaz Bağırlının yaşadığı Təzəkənd kəndindəki evdə tüfənglə ehtiyatsız davranması nəticəsində atəş açılıb. Güllə onun 1968-ci il təvəllüdlü atası İqbal Bağırova dəyib.

Xəstəxanaya yerləşdirilən İ.Bağırov orada ölüb, oğlu saxlanılıb.

Ondan müvafiq sənədləri olmayan nömrəsi silinmiş "İJ-58” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ilkin məlumatlarda İqbal Bağırovun özünün ehtiyatsızlıqdan atəş açdığı və bu zaman güllə xəsarəti alaraq öldüyü bildirilirdi. Mərhum Təzəkənd kənd icra nümayəndəsinin qardaşıdır və pambıqtoplama məntəqəsində çalışırmış.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 mart 2025, 08:30
Top