“Bəzi hakimlər döyülməyə layiqdir”

İDMAN 06 mart 2025, 18:57

Türkiyənin 1-ci liqa təmsilçisi “Amedspor”un baş məşqçisi Servet Çetin hakimləri sərt tənqid edib.

“Qafqazinfo” xəbər verir ki, o “Ajanspor”a açıqlamasında bəzi hakimlərin döyülməyə layiq olduğunu bildirib:

“Son zamanlar əleyhimizə verilən hakim qərarları artıb. Hakimləri döyənləri, onlara qarşı zorakılıq edənləri qınayırıq, amma özümü çətinliklə saxlaya bilirəm. Yəni insanların da müəyyən bir səbri var. Bəzi hakimlər həqiqətən döyülməyə layiqdirlər. Onlar qəsdən “Amedspor”un xal qazanmasına mane olmağa çalışırlar.

Türk hakimləri aldıqları pula layiq deyillər. İnsanların alın təri ilə oynayırlar. Ona görə ümid edirəm ki, bütün matçları əcnəbi hakimlər idarə edəcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top