Azərbaycanda istehsalçı şirkət siqareti bahalaşdırıb. Hazırda “Sobranie”, “Winston” və JTİ şirkətinə məxsus digər brendləri lisenziya əsasında “Tabaterra” QSC istehsal edir.
İstehsalçılar bahalaşmanı idxal xərclərinin artımı ilə əsaslandırırlar. Belə ki, tütün məmulatları idxalına xərclər 16 faiz artıb. Bu ilin yanvarında Azərbaycana xarici ölkələrdən 9,6 milyon ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib. Bu, 2024-cü ilin yanvar ayındakı göstəriciyə nisbətən 1,2 milyon ABŞ dolları və ya 16,1 faiz çoxdur.
Xatırladaq ki, Azərbaycanda siqaretlərin aksiz dərəcələri ötən ilin yanvarında artırılıb.
Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a açıqlamasında siqaretlərin bundan sonra iki dəfə də bahalaşmasının tərəfdarı olduğunu deyib:
“İllər boyu da Azad İstehlakçılar İctimai Birliyi təbliğat aparır. Siqaretlərin hər biri təhlükəlidir. Təhlükəlilərin ən təhlükəlisi olan üç fabrikin bağlanmasına nail olduq. "Tütün və tütün məmulatı haqqında" Azərbaycan Respublikası Qanunu qəbul olunub.
Bundan sonra dəfələrlə qanunda dəyişiklik olubdur. Lakin, dövlətin bu əhəmiyyətli qanunu kifayət qədər icra olunmur. Yenə də siqaretlərin tək-tək satışı davam edir. Azərbaycan düşünürəm ki, dünyanın ən çox siqaret çəkən ölkələrindən biridir.
Qardaş Türkiyədə də siqaret çox çəkilir. Filippində siqareti demək olar ki çəkmirlər, marketlərdə siqaretləri görmək olmur. Tayland kimi turist ölkəsində siqaret çəkənlər kötüyünü yerə atmır. İtaliyada siqaret çəkməkdə böyük məhdudiyyətlər var.
Azərbaycanda isə bu çox geniş yayılıb. Üstəlik, Azərbaycanda külli miqdarda siqaret kontrabandası var. Qaçaqmal siqaretlərə görə Azərbaycan büdcəsinə ildə 20 milyon dollar zərər çəkir. Siqaret məişət narkomaniyasıdır, insanlar bundan uzaq olmalıdırlar”.
Leyla Turan
Demokrat.az