"Vətəndaşlarımızı közərmə və led lampalar arasındakı fərqlə bağlı maarifləndirməliyik. Led lampalar iqtisadi cəhətdən ailə büdcəsinə daha az zərər vurur, sağlamlıq baxımından daha uyğundur. Buna dair çoxlu arqumentlər olsa da, insanlar arasında tam fikir formalaşmayıb. Aidiyyatı qurumlar mütləq maarifləndirmə işinə və insanları inandırmaq məsələsinə diqqəti artırmalıdırlar. Biz çalışmalıyıq ki, led lampalar ölkəmizdə istehsal olunsun".
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
O bildirib ki, yalnız bundan sonra led lampaların qiymətində müəyyən azalma müşahidə olunar, insanların led lampaya keçidi sürətlənər:
"Əks halda işimiz çətin olacaq. Bazarda müxtəlif firmalara aid led lampalar var. Lampalar bir-birindən qiymətinə, keyfiyyətinə, tibbi cəhətdən fərqlənir. Bu baxımdan bazarımızda filtrasiya aparılmalıdır. Keyfiyyəti aşağı olan led lampalar çıxarılmalı, uzun müddər istifadə edilə biləcək, az zərərli lampaların sayı artırılmalıdır. Bundan sonra insanlarımız led lampadan istifadəyə üstünlük verəcək. Közərmə lampalarının qadağası ilə bağlı dövlət qərar qəbul etməyib. Dünən keçirilən müzakirə zamanı qeyd olundu ki, bu ən optimal yoldur. Ancaq məsləhətləşmələr nəticəsində qərar dəstəklənmədi. Sadəcə elə şərait yaranmalıdır ki, insanlar fərqi anlasın, led lampaya üstünlük versinlər".
Əfsanə Kamal
Demokrat.az