ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv etməyi düşünür — Müzakirə aparılır

DÜNYA 04 mart 2025, 15:14
ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv etməyi düşünür.

ABŞ administrasiyası Rusiyaya qarşı sanksiyaların ləğvi imkanlarını araşdırır.

AzPost xəbər verir ki, bu barədə “Reuters“ öz mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrin Agentliyə bildirdiyinə görə, Ağ Ev Dövlət Departamenti və Xəzinədarlıq Departamentinə Ukrayna üzrə danışıqlar çərçivəsində sanksiyaları yumşaldıla biləcək tədbirlərin siyahısını hazırlamaq tapşırıb.

Hazırda bir sıra şirkətlər və ayrı-ayrı rus oliqarxları üçün məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı müzakirələr gedir.

Üstəlik, Vaşinqtonun bunun müqabilində nə tələb edəcəyi bəlli deyil.

 Xatırladaq ki, ABŞ Prezident Donald Tramp Ukraynaya bütün hərbi yardımların dayandırılmasına göstəriş verib.

Pentaqon rəsmisi yardımların yalnız Ukrayna rəhbərliyinin sülhə sadiqliyini nümayiş etdirdiyi təqdirdə bərpa olunacağını deyib.

Adı açıqlanmayan Pentaqon rəsmisinin sözlərinə görə, hazırda Ukraynaya hələlik çatdırılmamış, bütün ABŞ hərbi texnikası, o cümlədən təyyarələrdə və gəmilərdə daşınmaqda olan və ya Polşada tranzit məntəqələrində gözləyən silahların tədarükü dayandırılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top