“Daha Ədalətli Bir Dünya Mümkündür” adlı panel toplantı keçirilib — FOTOLAR

GÜNDƏM 04 mart 2025, 15:00
Bu gün Bakı Hilton Oteldə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi Tərəfindən “Stratcom Public Forum” çərçivəsində “Daha Ədalətli Bir Dünya Mümkündür” adlı panel toplantı keçirilib.

Tədbirdə rəsmi şəxslər, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbiri açılış sözü ilə başlayan Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri Cahangir İşbilir gələn qonaqları salamlayıb və dünyada baş verən geosiyasi qarşıdurmalar fonunda yaşanan dəyişikliklər zamanı ortaya çıxan ədalətsizliklərdən bəhs edib.

İşbilir bu ədalətsizliklərin aradan qaldırılması yolunda Türkiyə tərəfinin addımlar atdığını və bu səylərin dünyada həqiqi ədalətin formalaşmasına hədəfləndiyini qeyd edib.

Daha sonra Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunun onlayn müraciəti qonaqlara təqdim edilib.

“Türkiyə olaraq dünyada ədalət və bütövlük ideyasına tam sadiqik. Bu vizyon qlobal miqyasda Türkiyənin beynəlxalq inteqrasiyasını hədəfləyir. Məlumdur ki, BMT-nin əsas missiyası və proseslərə müdaxiləsi son dövrlərdə xeyli zəifləyib. Məhz bu kontekstdə Türkiyənin cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın “Dünya beşdən böyükdür” fikri daha ədalətli bir dünyanın mümkünlüyünü vurğulayır…

Təşkil etdiyimiz panel müzakirələr fərqli fikirləri bir araya gətirərək daha güclü dialoq mühiti formalaşdırmağa yönəlib. Bu forum daha ədalətli bir dünya naminə inamımızı daha da artırır”, – Altun qeyd edib.

Panel daha sonra ekspertlərin çıxışları ilə davam edib. (Füyuzat)













 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top