Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşıma mayın 1-dən bərpa ediləcək. Bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.
İndi sosial şəbəkələrdə müzakirə olunan və insanların marağına səbəb olan bir məsələ var. Dəmir yolu ilə sərnişindaşıma üçün biletlərin gediş qiyməti neçiyə olacaq?
İqtisadçı ekspert Natiq Cəfərlinin Qaynarinfo-ya verdiyi açıqlamaya görə, qatarla sərnişindaşımada qiymətlər istər-istəməz təyyarə qiymətindən fərqlənəcək:
"Qiymətlər təyyarə qiymətindən az fərqlənsə, heç kəs 8-9 saatlıq yolu dəmir yolu ilə səyahəti seçməz. Yəni, arada ciddi qiymət fərqi olmalıdır ki, adamlar təyyarə ilə deyil, məhz qatarla getməyə üstünlük versinlər. Ona görə düşünmürəm ki, arada cüzi fərq olsun. Ola bilər ki, qiymətlər kateqoriyalara görə fərqlənsin".

Natiq Cəfərlinin fikirincə, biletlərdə bir qiymət olmayacaq:
"Əvvəllər də qiymətlər fərqli olub. Daha konfortlu, iki nəfərlik və eləcə də "plaskard" vaqonlar vardı. Güman edirəm ki, belə vaqonlar indi də olacaq və onların arasında qiymət fərqi olacaq. Biletlərdə qiymət fərqi mütləqdir. İstər-istəməz təyyarə qiymətləri ilə müqayisədə nəzərə çarpacaq fərq olmalıdır ki, vətəndaşlar 45-50 dəqiqəyə Tfilisə uçmaqdansa pula qənaət edib qatarla getməyə üstünlük versinlər".