“Azərbaycanda bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi, funksionallığının artırılması və vətəndaşların yerli hakimiyyət orqanlarının işinə çıxışının asanlaşdırılması məqsədilə vahid informasiya sisteminin tətbiqi günümüzün reallığıdır”.
Bu barədə Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov danışıb. Onun sözlərinə görə, bu məsələ Milli Məclisin komitə iclasında müzakirə olunub və eyni zamanda cəmiyyətin sosial sifarişi kimi də qiymətləndirilə bilər:
“Məlumdur ki, bələdiyyələrin idarə olunmasında mövcud qanunvericilik bəzi hallarda günün tələblərinə cavab vermir və bu sahənin təkmilləşdirilməsinə ehtiyac var”.
Aydın Hüseynov qeyd edib ki, məsələ ilə bağlı Vergi Məcəlləsi, eləcə də “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanunlara dəyişiklik olunması təklif edilir:

“Bu qanun layihəsi artıq Milli Məclisin müvafiq komissiyalarında müzakirə olunur. Layihəyə əsasən, bələdiyyələrin vahid informasiya sistemi dövlət informasiya sistemidir və bu sistemdən əldə ediləcək məlumatların dairəsini müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək”.
Deputat əlavə edib ki, vahid informasiya sisteminin yaradılması ilə yerli büdcələrin gəlir və xərclərinin uçotu daha çevik və effektiv şəkildə aparılacaq, bununla da vahid və aktual informasiya bazası formalaşacaq.
Bu dəyişikliklər “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Qanunun 7-ci maddəsinə uyğunlaşdırılacaq.
Cavidan Mirzəzadə
Demokrat.az