Politoloq: "İran hökuməti ağır məhkəmə hökmünün icra olunmasında birbaşa məsuliyyət daşıyan tərəfdir"

GÜNDƏM 21 may 2025, 18:37
"İran hökuməti məsələnin icrasını çox gecikdirdi və cinayət işinin motivləri ilə bağlı Azərbaycana zamanında məlumat vermədi.  İran bu cinayətin motivləri ilə bağlı  diplomatik siyasi kanallarla olsa belə, Azərbaycana inandırıcı mesajlar verməyib. Əgər İran hökuməti zamanında məsələni gecikdirmədən bu hökmün icrası yönümündə addımlar atsaydı, Azərbaycana törədilmiş cinayətin motivləri ilə bağlı inandırıcı izahlar vermiş olsaydı, Azərbaycan hökuməti bu cəzanın icra olunması üzərində bəlkə də düşünə bilərdi".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Aydın Quliyev deyib.

"Ona görə də cinayət törətmiş insanın barəsində ağır məhkəmə hökmünün  icra olunmasının bütün məsuliyyəti İran hökumətinin üzərindədir. İran hökuməti vətəndaşın cinayətinin motivləri ilə bağlı ətraflı izahat, məlumat vermiş olsaydı, bəlkə də hökmün belə ağır formada icrası baş verməyə bilərdi. 

Amma bütün hallarda bu, insan faciəsidir.  İran hökuməti bu ağır məhkəmə hökmünün icra olunmasında birbaşa məsuliyyət daşıyan tərəfdir".

Qeyd edək ki, Tehranda Azərbaycan səfirliyinə hücum edən şəxs İranda edam edilib.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 may 2025, 21:57
Top