Roma Papasının vəziyyəti stabilləşib

DÜNYA 02 mart 2025, 23:56
Roma Papası Fransiskin vəziyyəti stabildir, o, artıq süni ağciyər ventilyasiyasına ehtiyac duymur.

“Report” “Vatican News”a istinadən xəbər verir ki, bu barədə Müqəddəs Taxtın mətbuat xidmətinin bəyanatında deyilib.

“Roma Papasının bu günə olan səhhəti stabil olaraq qalır. Papaya qeyri-invaziv süni ağciyər ventilyasiyası tələb olunmayıb, yalnız yüksək axınlı oksigen terapiyası tətbiq edilib”, – bəyanatda qeyd olunub.

Bununla belə, ümumi klinik vəziyyət mürəkkəb olaraq qalır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top