"Sən Moskvanı niyə vurmursan?" — Zelenski Trampın sualına belə cavab verdi

DÜNYA 15 iyul 2025, 12:36
ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenski ilə söhbəti zamanı  ondan Moskvanı niyə vurmadığını soruşub.

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə jurnalist Devid İqnatius özünün məlumatlı mənbələrinə istinadən "The Washington" üçün yazdığı köşəsində bildirib.

“Bizə silah versəniz, edə bilərik”, - deyə Ukrayna lideri cavab verib.

Tramp əlavə edib ki, Ukrayna təkcə Moskvaya deyil, Sankt-Peterburqa da Putinə təzyiqi artırmalıdır.

David İqnatius həmçinin bildirib ki, Donald Tramp uzun mənzilli “Tomaqavk” qanadlı raketlərini Ukraynaya ötürmək imkanını nəzərdən keçirir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top