İsrail HƏMAS-la atəşkəsi uzada bilər: Netanyahu tapşırıq verdi

DÜNYA 27 fevral 2025, 21:33
İsrailin Baş naziri Benyamin Netanyahu atəşkəs üzrə nümayəndə heyətinə tapşırıq verib.

Oxu.Az xəbər verir ki, bu barədə B.Netanyahunun ofisi məlumat yayıb.

Bildirilib ki, B. Netanyahu girov razılaşması və atəşkəsin davam etdirilməsi ilə bağlı danışıqlar aparmaq üçün nümayəndə heyətinə Qahirəyə getməyi tapşırıb.

Qeyd edək ki, rəsmi Qahirə İsrail və Fələstin arasında müvəqqəti atəşkəs razılaşmalarının əldə olunmasında aktiv iştirak edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top