Deputat: “Koçaryan, Sarkisyan da Xocalıya görə cavab verəcəklər”

GÜNDƏM 26 fevral 2025, 12:48
“Xocalı soyqırımı bəşər tarixinin qanlı səhifəsidir. 26 fevral 1992-ci il 366-cı alayın dəstəyi ilə ermənilər Xocalıda azərbaycanlılara qarşı etnik təmizləmə apararaq hərbi cinayətlər törətdilər. Xocalı soyqırımı dünya səviyyəsində faciə günü kimi tanınır və hər il bu hadisəni soyqırım kimi tanıyan ölkələrin sayı genişlənir”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.

Deputat deyib ki, indi Azərbaycan öz torpaqlarını işğaldan azad edib:



“Xocalı şəhidlərinin qanı yerdə qalmadı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər ordumuz erməni cəlladlarını torpaqlarımızdan siçan kimi qaçmağa məcbur etdi. Xocalı soyqırımını törədənlərin, torpaqlarımızın işğalında iştirak edənlərin və konstitusion quruluşumuzu pozmaq istəyənlərin bir hissəsi Bakıda ittiham olunur. Təəssüf ki, Koçaryan, Sarkisyan və digərləri gizlənərək qaça bildilər və hələ də azadlıqdadırlar. Amma onların da törətdiyi cinayətlərə görə ittiham kürsüsünə çıxarıldığı günə şahid olacağımıza inanırıq. 

Bu gün Xocalı və digər erməni işğalı altında olmuş ərazilər azaddır. Böyük Qayıdışa dair Dövlət Proqramı uğurla icra olunur və xalqımız doğma yurdlarına qayıdır. 

O cümlədən, xocalılar da Xocalıya dönərək yenidən öz doğma yurdlarında həyatlarına davam etməyə başlayıblar. 

Həmçinin, dövlət başçımızın tapşırığı ilə Xocalıda Xocalı soyqırımı abidəsi ucaldılır. Bu abidə erməni cinayətlərinin əbədi olaraq tarixə həkk olunmasının rəmzi olacaqdır.
Düzdür, Xocalımız azaddır və xocalılar öz yurdlarına qayıdıblar. Amma Xocalı soyqırımı heç vaxt unudulmayacaqdır. Bütün dünyada "Xocalıya ədalət" kampaniyası çərçivəsində tədbirlər davam etdirilir. 

Çalışacağıq ki, beynəlxalq ictimaiyyət Xocalı soyqırımına hüquqi qiymət verilməsini gündəmə gətirsin. Erməni cinayətləri unudulmur və unudulmayacaqdır!

Bu gün Azərbaycanın tarixində qanlı səhifələr olduğu kimi, qələbə sevincimizi yaşadan səhifələr də yazılmışdır. Bəli, bu gün qələbə səhifələrini yazan Ali Baş Komandan, müzəffər ordumuz və xalqımızdır. Dövlət başçımızın rəhbərliyi altında formalaşmış dəmir yumruq günü-gündən möhkəmlənərək xalqımızın və ölkəmizin əbədi təminatçısına çevrilmişdir”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top