ABŞ-ın əsas məqsədi bəlli oldu: Çin ilə Rusiyanı...

DÜNYA 24 fevral 2025, 18:30
Sİ Cinpin Moskvaya, Putin isə Pekinə səfər edəcək. Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün Dövlət Dumasında “Hökumət saat”ında çıxışında bildirib ki, Putin Yaponiya militarizmi üzərində qələbə və İkinci Dünya müharibəsinin bitmə tarixini qeyd etmək üçün Çinə səfər planlaşdırır. 

Bununla bağlı Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay Demokrat.az-a açıqlama verib.

O qeyd edib ki, ABŞ və Rusiya xarici işlər nazirlərinin Səudiyyə Ərəbistanında 4,5 saat davam edən görüşündə yalnız Ukrayna məsələsinin müzakirə edilməsi mümkün deyildi:

“Bütün dünyanın diqqəti Ukraynaya yönəldiyi halda, əsas hədəf Putinin Çinə səfəri olub. Amerika administrasiyası ilə Putin arasında aparılan danışıqlarda Çin masa arxasında idi. Putinin Ukraynaya qarşı müharibəyə başlamasının yolunu açdılar. Bu məqamda Amerika Putinlə Ərəbistanda görüşərək Ukrayna böhranını Avropa Birliyinə həvalə etdiyi halda, növbəti addımın Çin olduğu indi aydın olur. Lavrovun Yaponiya ilə bağlı açıqlaması çox önəmlidir. Rusiya-Yaponiya rəqabəti günü-gündən artmaqdadır. Rusiya Amerika ilə danışıqlarında Yaponiyanı da nəzarətdə saxlamalıdır. Amerika Ukrayna və Qəzza ilə məşğul olmağı bir kənara qoyacaq. Əsas məqsədi Çin ilə Rusiyanı birlikdə razı salmağa çalışacaq”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top