Bu gün Rusiya-Ukrayna müharibəsinin başlanmasından 3 il keçir. Bu müddət hər iki ölkə üçün çətin dövr oldu. Verilən itkilər və dövlətlərin zəifləməsi sülhün vacibliyini bir daha xatırladır.
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Rusiya-Ukrayna müharibəsi həqiqətən də əsrimizin ən böyük və dəhşətli müharibələrindən biridir:
“Hər nə qədər bu müharibə Rusiya və Ukrayna arasında baş versə də, münaqişənin arxasında dayanan müxtəlif güclər və hər iki tərəfə verilən dəstəklər müharibənin üç il ərzində uzanmasına səbəb olub. İlk növbədə qeyd etmək lazımdır ki, Rusiya-Ukrayna müharibəsinin ən əsas səbəblərindən biri Ukraynanın Rusiyadan üz döndərərək Qərbə inteqrasiya etməsidir. Ukrayna etnik, dini və tarixi baxımdan Rusiyaya yaxın bir ölkədir. Buna baxmayaraq, Kiyev Qərbə doğru yönəlməyə başlayanda Moskva bunu ciddi təhlükə kimi qəbul etdi. Bundan sonra Ukraynanın şərqində – Donbas və Luqansk bölgələrində, eləcə də Krımda separatçılar fəallaşdı. Nəticədə həmin bölgələrdə birtərəfli qaydada referendumlar keçirildi və müstəqillik elan edildi. Krım isə Rusiya tərəfindən ilhaq edildi. Donbas və Luqanskda fəaliyyət göstərən Rusiya yönümlü separatçılar bu ərazilərin Rusiyaya birləşdirilməsini tələb etdilər. Müharibənin əsas səbəbi Ukraynanın Rusiyadan uzaqlaşmasıdır. Məsələn, Baltikyanı ölkələr və Polşa da vaxtilə Rusiyadan üz döndərmişdi. Ancaq onların qərbyönlü siyasəti Moskva üçün Ukrayna qədər böyük problem yaratmamışdı. Çünki Rusiya üçün Ukrayna xüsusi əhəmiyyət daşıyırdı və bu ölkənin Rusiya hesabına formalaşdığını düşünən Kremlin siyasi elitası Kiyevin bu addımını xəyanət kimi qiymətləndirdi”.
Politoloq onu da qeyd edib ki, müharibənin ilk mərhələsində Moskvanın əsas məqsədi Ukraynanı qorxudaraq onu yenidən öz təsir dairəsinə qaytarmaq idi:
“Donbas, Luqansk və Krımın ilhaqı Rusiya üçün "itirilmiş torpaqların geri qaytarılması" anlamına gəlirdi. Digər tərəfdən, Ukrayna da müstəqil dövlətdir və istədiyi xarici siyasəti seçmək hüququna malikdir. Buna görə də Rusiyanın Ukraynanın ərazilərini işğal etməsi beynəlxalq hüquq baxımından işğalçı siyasət kimi qiymətləndirilir. Müharibənin gedişatında, xüsusən də Zelenskinin hakimiyyətə gəlməsindən sonra Ukrayna ordusu ciddi müqavimət göstərməyə başladı. Ukraynalılar müharibəni vətən müharibəsi kimi qəbul edərək ölkələrini müdafiə etdilər. Rusiya isə bu müharibəni fərqli şəkildə təqdim edirdi. Moskva Ukraynadakı hakimiyyəti "faşist rejim" adlandırır və hərbi əməliyyatları "faşizmə qarşı mübarizə" kimi qələmə verirdi. Ancaq bu, əksər beynəlxalq ekspertlər tərəfindən absurda bərabər bir iddia kimi qəbul edilirdi. Ukraynanın müharibənin ilk iki ilində göstərdiyi müqavimət tam haqlı və legitim idi. Lakin ABŞ və Avropa ölkələrinin verdiyi silah və maliyyə yardımları Kiyevin daha da cəsarətlənməsinə səbəb oldu. Bununla belə, Ukraynanın həyata keçirdiyi əks-hücum əməliyyatları yetərli nəticə vermədi. Çünki qarşı tərəfdə dünyanın ən güclü ordularından birinə sahib Rusiya dayanırdı. Bu müharibədə Ukraynanın ən böyük səhvlərindən biri Qərb və ABŞ-yə tam etibar etməsi oldu. Bu gün isə Ukrayna bu güvənin bədəlini ödəyir. Digər bir strateji səhv isə hərbi planlaşdırmada buraxılan boşluqlardır. Müharibə Ukrayna ərazisində getdiyi üçün coğrafi baxımdan Kiyevin üstünlüyü olmalı idi. Lakin bəzi əməliyyatlarda, xüsusən də Kursk əməliyyatında buraxılan səhvlər Ukrayna üçün ciddi itkilərlə nəticələndi. Bu səbəbdən müharibənin gələcək taleyi qeyri-müəyyən olaraq qalır. ABŞ və Avropanın yardımlarını məhdudlaşdırması Ukraynanın vəziyyətini daha da çətinləşdirir və bu, danışıqların başlanmasını qaçılmaz edir”.
Leyla Turan
Demokrat.az