ABŞ Prezidenti Donald Tramp administrasiyasında Hökumətin Səmərəliliyi Departamentinin rəhbəri, milyarder İlon Mask Ukraynada “Starlink” internetin kəsiləcəyi ilə bağlı “Reuters” agentliyinin xəbərini yalan adlandırıb.
Demokrat.az xəbər verir ki, Mask bu barədə özünün “X” hesabında yazıb.
“Bu yalandır. “Reuters” yalan danışır. Onlar saxta xəbərlər yaymağa görə AP-dən (Associated Propaganda (“Associated Press” nəzərdə tutulur – red.)) sonra ikinci yerdədirlər”, - deyə Mask bildirib.
Daha əvvəl “Reuters” üç mənbəyə istinadən xəbər vermişdi ki, Kiyevdən Ukraynanın mühüm minerallarını Vaşinqtonun ixtiyarına verməsini istəyən ABŞ rəsmiləri Ukraynanın “Starlink” peyk internet sisteminə çıxışına mümkün qadağa məsələsini gündəmə gətiriblər.
Bildirilib ki, Volodimir Zelenski ABŞ-nin maliyyə naziri Skott Besantın sözügedən minerallarla bağlı ilkin təklifini rədd etdikdən sonra Ukraynanın “SpaceX”ə məxsus “Starlink” şəbəkəsinə çıxışına mümkün qadağa məsələsi iki ölkənin rəsmiləri arasında da müzakirə mövzusu olub.
Qeyd edək ki, “Starlink” Rusiya ilə müharibədə olan Ukrayna ordusuna həyati vacib internet bağlantısı təmin edir.