Azərbaycanın və Gürcüstanın milli teatrları arasında əməkdaşlığa dair memorandum imzalanıb — FOTOLAR

MƏDƏNİYYƏT 23 fevral 2025, 10:49
Fevralın 22-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə Gürcüstanın Şota Rustaveli adına Milli Teatrı arasında beynəlxalq əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Demokrat.az xəbər verir ki, sənədi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru vəzifəsini icra edən  İlham Əsgərov və Ş.Rustaveli adına Milli Teatrının direktoru Giorgi Tevzadze imzalayıblar.

İmzalanma mərasimində Ş. Rustaveli adına  Gürcüstan Milli Teatrının bədii rəhbəri Robert Sturua, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın mədəniyyət naziri Tinatin Ruxadze çıxış edərək ölkələrimiz arasında əlaqələrin inkişafından danışıb, bu sənədin mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edəcəyini vurğulayıblar.

Memoranduma əsasən, teatrlar arasında qarşılıqlı ustad dərsləri, rejissorlar arasında görüşlərin keçirilməsi, birgə tamaşaların hazırlanması, yaradıcı kollektivlərin qastrollarının, müxtəlif mədəni tədbirlərin təşkili planlaşdırılır.



SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 fevral 2025, 16:08
Top