“Real” 39 yaşlı Modriçlə müqaviləni bir il uzatmağa hazırlaşır

İDMAN 23 fevral 2025, 14:50
İspaniya çempionu və Çempionlar Liqasının qalibi “Real Madrid” 39 yaşlı xorvatiyalı yarımmüdafiəçi Luka Modriçlə müqaviləni 2026-cı ilin iyununa qədər uzatmağa hazırlaşır.

Demokrat.az xəbər verir ki, bu barədə idman jurnalisti Niko Şira özünün sosial şəbəkə hesabında məlumat dərc edib.

Bildirilir ki, Modriç daha bir mövsüm italiyalı Karlo Ançelottinin rəhbərlik etdiyi komandada qalmaq və 2026-cı ildə baş tutacaq dünya çempionatına yaxşı formada qatılmaq istəyir.

Qeyd edək ki, Luka Modriç 2012-ci ildən “Real Madrid”də çıxış edir. O, indiyədək iştirak etdiyi 573 oyunda 42 qol vurub və 92 məhsuldar ötürmə edib.
Modriçin hazırkı müqaviləsi bu ilin iyununda başa çatacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top