Milliləşdirilmiş güləşçi Azərbaycanı “satdı” — Cəzalanacaq

İDMAN 22 fevral 2025, 14:27
U-20 Azərbaycan çempionatında 125 kq çəki dərəcəsində gümüş medal qazanmış sərbəst güləşçi Muxamed Qantemirov cəzalanacaq.

Demokrat.az xəbər verir ki, “Teleqraf”ın əldə etdiyi məlumata görə, inquş əsilli pəhləvan ilk “3-lüy”ə düşməsinə baxmayaraq, Azərbaycan milli komandasının təlim-məşq toplanışlarına cəlb olunmayacaq.

Böyük gələcək vədi ilə milliləşdirilən 18 yaşlı idmançının hərəkəti federasiya rəhbərliyinə xoş olmayıb. Onun məsələsinə İntizam Komitəsində baxılacağı bildirilir.

Qantemirov 2024-cü ildə keçirilən U-17 Avropa çempionatında gümüş, dünya çempionatında isə bürünc medal qazanıb.

Xatırladaq ki, Muxamed Qantemirov U-20 Azərbaycan çempionatında sinəsində Rusiya bayrağı olan triko ilə yarışıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 fevral 2025, 22:33
Top