Polşa Ukraynanın müdafiəsinə qalxdı, Mask təkzib etdi — "Elə deməmişəm"

DÜNYA 23 fevral 2025, 17:39
Bu gün mətbuatda Amerikalı milyarder İlon Maskın Ukraynanı minerallar sövdələşməsindən imtina edəcəyi təqdirdə "Starlink"i ləğv edəcəyi ilə hədələdiyi barədə məlumat yayılıb. 

Demokrat.az xəbər verir ki, bu, Polşa hakimiyətinin sərt reaksiyasına səbəb olub. 

Belə ki, Polşanın rəqəmsallaşma naziri Kşiştof Havkovski "X" sosial şəbəkəsindəki hesabında ABŞ-ın hədəsinə cavab verib.

O vurğulayıb ki, "Starlink"i satın alan və Ukrayna üçün peyk internetinin pulunu ödəyən Polşadır.

"Polşa "Starlink"i satın aldı, onu Ukraynaya köçürdü. Biz Ukraynnı peyk interneti ilə təmin etmək üçün abunə haqqı ödəyirik və ödəyəcəyik. Mən təsəvvür edə bilmirəm ki, kimsə Polşanın tərəfdar olduğu xidmət üçün kommersiya müqaviləsini ləğv etmək qərarına gələ bilər", - Havkovski yazıb.

Amerikalı milyarder İlon Mask isə Polşanın bu sərt reaksiyasından dərhal sonra yayılmış xəbərləri təkzib edib.

"Bu yalandır. Reuters yalan danışır. Onlar xəbər yalançılarının sayına görə AP-dən (Associated Propaganda) sonra ikinci yerdədirlər", - Mask sosial media X hesabında yazıb. (Savashmedia.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top