"Tramp Putinlə 90 dəqiqə danışdı, razılığa gəldilər" — Peskov

DÜNYA 23 fevral 2025, 18:11
Donald Tramp və Vladimir Putin 90 dəqiqəlik telefon danışığı zamanı Ukrayna üzrə mümkün sülh danışıqları barədə razılığa gəliblər. 

Demokrat.az xəbər ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalist Pavel Zarubinə müsahibəsində bildirib.

“Düşünürəm ki, həmin söhbəti sülh danışıqları çərçivəsinə daxil olan perspektivlər baxımından təhlil etmək vacibdir. Prezidentlər telefon danışığı zamanı Ukraynada mümkün sülh tezisləri ilə bağlı razılığa gəliblər”.

Siyasətçi onu da əlavə edib ki, Rusiya qoşunlarının xüsusi hərbi əməliyyarlarının nəticələri barədə danışmaq tezdir , çünki xüsusi hərbi əməliyyatın bütün məqsədləri hələ əldə olunmayıb. (Savashmedia.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top