Azərbaycanlılar dini ziyarət üçün hansı ölkələrə gediblər? — Tam siyahı

SOSİAL 23 fevral 2025, 16:29
Ötən il turizm məqsədi ilə xarici ölkələrə 1 milyon 365 min 589 nəfər Azərbaycan vətəndaşı səfər edib.

Demokrat.az Yeniavaz.com-a istinadən xəbər verir ki, Azərbaycan vətəndaşlarının 22 min 595 nəfəri və ya 1,6%-i xarici ölkələrə dini ziyarət məqəsdi ilə gedib.

Dini ziyarət üçün gedənlərin yarıdan çoxu – 11 899 nəfəri Səudiyyə Ərəbistanına səfər ediblər.

Azərbaycan vətəndaşları ötən il dini ziyarət üçün aşağıdakı ölkələrə səfər ediblər:

Səudiyyə Ərəbistanı – 11 899 nəfər
Türkiyə – 3 473 nəfər
Birləşmiş Ərəb Əmirlikləri – 2 676 nəfər
Rusiya – 2 068 nəfər
İran – 973 nəfər
İraq – 908 nəfər
Gürcüstan – 236 nəfər
Qazaxıstan – 207 nəfər
İsrail – 58 nəfər
Özbəkistan – 47 nəfər
Qətər – 23 nəfər
Küveyt – 1 nəfər
Digər ölkələr – 26 nəfər

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top