Bakıda qız ağzı açıq lükə düşdü — VİDEO

HADİSƏ 23 fevral 2025, 18:00
Bakıda bədbəxt hadisə baş verib.

Demokrat.az
 bakuplus.az-a istinadla xəbər verir ki, şəhərin Nəriman Nərimanov rayonunda Əliyar Əliyev küçəsində gənc qız ağzı açıq lükün içinə düşüb. Sözügedən hadisəyə şahid olan ondan çox şəhər sakini zərərçəkən xanıma yardım etmək məqsədilə dərhal səfərbər olublar.

Onların ilkin olaraq qızı xilas etmək cəhdləri boşa çıxıb. Bu səbəbdən sürücü olan yardımsevərlərdən biri avtomobilindən gətirdiyi kəndir vasitəsilə gənci lükün içindən çıxarmağa müvəffəq olub.



 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top