CeyLo kişilərdən danışıb, kövrəldi

DÜNYA 23 fevral 2025, 23:06
Bu yaxınlarda aktyor Ben Afflekdən boşanan müğənni Cennifer Lopez Əbu-Dabidə konsert zamanı emosional açıqlamaları ilə tamaşaçıları heyran edib.

Axşam.az xəbər verir ki, 55 yaşlı pop ulduz uzun alqışlardan sonra kövrəlib. O, həyatında qarşılaşmalı olduğu kişilər haqqında düşündüyü hər şeyi demək olar ki, göz yaşları içində danışıb.

"Onlar sənə sevgilərini, çiçəklərini, konfetlərini, brilyantlarını, bütün vaxtlarını verirlər. Və hər şey çox çəhrayı və günəşlidir. Amma sonra bir şey olur. Bunun nə olduğunu bilmirəm. Ancaq onlar sizə təsəlli verməkdən və dəstəkləməkdən əl çəkirlər. Onlar sizə yalan danışmağa başlaya bilərlər. Bilirsiniz, sanki həris olurlar və bir anda 180 dərəcə dönüb başqa adama çevrilirlər. Mən bunlardan bir neçəsinə rast gəldim. Belə anlarda özünüzü sevməyi öyrənməlisiniz. Gediş vaxtının nə vaxt olduğunu bilməlisən" deyən, CeyLo ağlayıb.

Xatırladaq ki, Cennifer Lopez və Ben Afflek 2000-ci illərin əvvəllərində tanış olub və sonra ayrılıblar. Aktyor və müğənni 2021-ci ildə yenidən görüşməyə başlayıb və 2022-ci ilin iyulunda Las-Veqasda evlənib. Ancaq evlilik uzun çəkməyib, ayrılıblar. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 fevral 2025, 00:28
Top