Ukrayna prezidenti Vladimir Zelenski böyük mətbuat konfransı keçirib.
AzPost Zelenskinin verdiyi açıqlamaları təqdim edir:
“-Ukraynada sülh naminə prezident postundan getməyə hazıram”.
“-Yaxud vəzifəmi NATO-ya dəyişə bilərəm, Mən onilliklər ərzində hakimiyyətdə olmaq fikrində deyiləm”.
“-Ukrayna, Avropa, ABŞ və Rusiya – bu, sülh danışıqlarının iştirakçılarının siyahısı olmalıdır”.
“-Ukrayna ABŞ-dan 350 milyard yox, 100 milyard dollar yardım alıb”.
“120 milyard – Ukrayna, 100 milyard – Avropa və tərəfdaşlar, 100 milyard – ABŞ. 500 yox, 300 yox, 700 yox”, – o qeyd edib.
“-500 milyard dollarlıq borcu tanımırıq”.
“-Mən Baydenlə razılaşdım ki, bu ABŞ yardımı qrantdır. Qrant borc deyil. 100 milyard dolları belə tanımıram”.
“-Mən ukraynalıların 10 nəslinin ödəyəcəyi bir şeyə imza atmıram”.
“Yermak hazırda amerikalı tərəfdaşları ilə əlaqə saxlayır. Artıq 500 milyard dollar və faiz yoxdur. Biz irəliləyirik”.
“Tramp əbədi deyil, bizə uzun illər üçün sülh lazımdır”.
“-Strateji tərəfdaşların müqavilələr imzalamaq istəyi olmalıdır. Mən ABŞ-la razılaşmamızın qalmaqalsız olmasını istəyirəm”.
Prezidentin sözlərinə görə, təhlükəsizlik təminatları sözlə deyil, müqavilədə açıqlanmalıdır.
“-ABŞ-ın Ukraynaya yardımı dayandırılmayıb, lakin yeni yardım da açıqlanmayıb”.
Onun sözlərinə görə, yeni bir yardımın olması üçün ABŞ Ukraynanın onu necə geri verəcəyini anlamaq istəyir. “Biz formatı müzakirə etməyə hazırıq – bu sazişdə nə alacağımızı və necə verəcəyik”, – prezident qeyd edib.
Zelenski onu “diktator” adlandırdığı üçün Trampdan incimir: “Yalnız diktator olanlar “diktator”dan inciyir”
“-Ukraynada prezident seçkiləri hərbi vəziyyət aradan qaldırıldıqdan sonra keçiriləcək”.
“-Dondurulmuş Rusiya aktivləri bizim pulumuzdur”.
” -Tramp 2025-ci ildə müharibənin qaynar fazasını bitirməyi hədəfləyir. Bu, onların məqsədidir”.
“-Keçən il Ukraynada 2,2 milyon FPV və 100 min uzaq mənzilli dron istehsal edilib. Bu il daha çox istehsal ediləcək”.
“Həmçinin 2024-cü ildə Ukraynada 154 ədəd artilleriya istehsal edilib və bu, rekord göstəricidir. Eyni zamanda, ölkənin daha 20 Patriot sisteminə ehtiyacı var”-, prezident əlavə edib.