Xalq artistinin səhhəti necədir? — Ailəsindən açıqlama

ŞOU-BİZNES 22 fevral 2025, 15:36
"Xalq artisti Ənvər Həsənovun səhhətində heç bir irəliləyiş yoxdur”.
 
Bu barədə Qaynarinfo-ya açıqlamasında aktyorun qızı Aytən Həsənova məlumat verib. 

Onun sözlərinə görə, edilən müalicələrin təsiri görünmür:

"Nə düzəlir, nə də dəyişir, olduğu kimi qalıb. Səhhəti heç yaxşı deyil, xoşumuza gəlmir. İynə-dərmanların xeyri yoxdur, edilən müalicə kömək etmir”. 

Qeyd edək ki, bir müddət öncə Xalq artisti Ənvər Həsənovun səhhəti pisləşib. Xəstəxanaya yerləşdirilən aktyora həkimlər kəskin işemik insult diaqnozu təyin edib”. 
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 fevral 2025, 22:33
Top