“Toylara pul göndərirəm, amma bir yas məclisini buraxmıram. İndi də Şəmsəddin Xanbabayevin 40 mərasimindən qayıdıram”.
Bunu Musavat.com-a açıqlamasında Daşkəsən Rayon İcra Hakimiyyətinin sabiq başçısı Əhəd Abıyev deyib.
“Təqaüdə çıxmışam. Buna görə də zamanım imkan verir ki, belə məclislərə gedim. Arada xoş, təravətli, məlahətli səsi olan jurnalistlər, insanlar zəng edib yada salır. Mən belə zənglərdən mənəvi qida alıram. Məni yada salan hər kəsə təşəkkür edirəm. Hər şey qaydasındadır, yaxşıyam”,-deyə Əhəd Abıyev bildirib.
Xatırladaq ki, Əhəd Abıyev 2023-cü ildə prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad olunub. O, bu vəzifəyə dövlət başçısının 23 fevral 2011-ci il tarixli Sərəncamı ilə təyin edilmişdi.