"Tramp bizi aldadır" — Medvedev

DÜNYA 22 fevral 2025, 22:28
ABŞ prezidenti Donald Tramp administrasiyası faktiki hərəkətlərinə görə qiymətləndirilməlidir.

Bu barədə fevralın 22-də Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev açıqlama verib.

O, ABŞ liderinin komandasının hərəkətləri ilə yalnız “Rusiyanı, Çini və dünyanın yarısını çaşdırmağa” çalışdığı, əslində isə Ukraynaya dəstəyi davam etdirməyə hazır olduğu qənaətindədir.

“Ümumiyyətlə, rəqibi aldatmaq faydalı işdir. Və bu, dünya diplomatiya tarixində dəfələrlə olub. Və təbii ki, Tramp administrasiyasına münasibətdə də yalnız onların faktiki hərəkətlərinə görə mühakimə etmək lazımdır”, - o, "Telegram" kanalında qeyd edib.(savashmedia.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 fevral 2025, 22:33
Top